Pirallahı rayonunda mülki müdafiə məşqi keçirilib. Bu haqda 21 sentyabr tarixində Bakuplus.az Pirallahı RİH-yə istinadən xəbər verir.

Pirallahı Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft-qazçıxarma idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilib.

Məşq zamanı bir çox təlimlər əhatə olunub:

  • heyətin fövqəladə hal barədə xəbərdar edilməsi,

heyətin toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması,

  • işçilərin təhlükəli ərazidən təxliyə edilməsi,
  • qəza yerində kəşfiyyatın təşkili,
  • xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Pirallahı rayonunda mülki müdafiə məşqi təşkil olunub
Foto Pirallahı RİH-nin rəsmi saytı