Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Binə qəsəbə sakinləri ilə görüşüb. Bu haqda 21 sentyabr tarixində BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Görüş Binə Mədəniyyət evində baş tutub.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri tərəfindən rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.

Müraciət, təklif və şikayətlərin bəziləri rayon icra hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, əlavə araşdırmalara ehtiyac olan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Sakinləri maraqlandıran və həll edilməli olan məsələlərin diqqət mərkəzində saxlanılacağı vurğulanıb.

Xəzər Rayon İcra Hakimiyyəti
Foto Xəzər Rayon İcra Hakimiyyətinin rəsmi saytı