Bakıda avtomobil gənc oğlanı vurub. Bu haqda 22 sentyabr tarixində Report məlumat verib.

Nəsimi rayonunda 18 yaşlı Elmir İbrahimovu yolu keçən zaman avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.