Paytaxt Bakıda “ağ ölüm”ün qurbanlarından biri kameraya yaxalanıb. Bu haqda BakuPlus.az sosial şəbəkələrə istinadən bu gün, 22 sentyabr tarixində xəbər verir.

Bu dəfə sosial şəbəkədə narkotik maddə qəbul edən bir qızın videosu yayılıb.

Şərhlərin əksəriyyətində sosial şəbəkə istifadəçiləri bu ərazinin Bakıxanov qəsəbəsində yerləşən “Akkord” şirkətinə məxsus binaların yaxınlığı olduğunu qeyd ediblər.

Evin arxasına keçən şəxs burada gənc qızın iynə vasitəsi ilə narkotik maddə qəbul etdiyinin şahidi olur.

O, gənc qıza müxtəlif suallar versə də, qız xəstə olduğunu və su içdiyini bildirərək hadisə yerindən uzaqlaşır.

Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib.