8 yaşlı paytaxt məktəblisi şahmat üzrə dünya çempionatında erməni rəqibinə qalib gəlib. Bu haqda BakuPlus.az Lent.az-a istinadən bu gün, 22 sentyabr tarixində xəbər verir.

Gürcüstanda keçirilən çempionatda Əsnad Baxışzadə erməni rəqibini 27 gedişə udub.

O, bu qələbəsini qalib ordumuza və şəhidlərin ruhuna həsr etdiyini bildirib.

Bakı şəhəri, 247 saylı məktəbdə təhsil alan Əsnad lap kiçik yaşlarından şahmatla məşğul olur və müxtəlif nailiyyətlər qazanıb.