Azərbaycanın ən böyük kibertəhlükəsizlik müəssisəsi olan “Prosol” şirkəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə “Pro-academy” tədris mərkəzi açılıb. Bu haqda 22 sentyabr tarixində ADNSU-ya istinadən xəbər veririk.

Akademiyanın əsas məqsədi Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli kadrların hazırlanması, gənc mütəxəssislərin, həmçinin bu istiqamətdə təhsil alan tələbələrin bilik və bacarıqlarının daha da artırılmasıdır.

Mərkəz öz tələbələrinə kiberhücum, kibermüdafiə, kiberaraşdırma, qiymətləndirmə, qaydalar və prosedurlar istiqamtlərində təhsil verəcək. Akademiyada tədrisin 80%-i praktiki keçiriləcək.