Suraxanı rayonu, Atəşgah məbədində sərgi keçiriləcək. Bu haqda 22 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Gənc rəssamların əsərlərindən ibarət “Abidədən ilməyə” interaktiv sərgi sentyabrın 26-da Atəşgah məbədində baş tutacaq. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə təşkil olunan sərgidə qobelen əsərlər nümayiş etdiriləcək.

Həmçinin gənc rəssamlar tədbirin davam etdiyi müddətdə Atəşgah məbədinin rəsmlərini çəkəcəklər.

Giriş sərbəstdir.