Bakı Hava Limanında bədbəxt hadisə nəticəsində bir nəfər dünyasını dəyişib. Bu haqda 22 sentyabr tarixində APA məlumat verib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda yük daşıyan kranın aşması nəticəsində bir nəfər vəfat edib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.