27 Sentyabr – Anım Gününə həsr olunmuş ali və orta ixtisas təhsil müəssisələrinin vətənpərvərlik klublarının komandaları arasında güllə atıcılığı üzrə rayon turniri təşkil olunacaq. Bu haqda 22 sentyabr tarixində Bakuplus.az məlumat verib.

Turnir 23 sentyabr tarixində Yasamal rayon Gənclər və İdman İdarəsi və  Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçiriləcək.