Bakı Nəqliyyat Agentliyi daha 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib. Bu haqda 22 sentyabr tarixində BakuPlus.az BNA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, bunlar 37, 55, 93, 101 və 113 nömrəli müntəzəm marşrut xətləridir.

Müsabiqə Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydası”na uyğun keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər agentliyə müraciət edə bilərlər.