Bakıda sürücüylə polis arasında yaranmış növbəti insidentin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bu haqda BakuPlus.az bu gün, 22 sentyabr tarixində xəbər verir.

Hadisənin Aeroport şosesində baş verdiyi ehtimal edilir.

Yayılan videoda sürücünün yaxasından tutan iki polis nəfərinin ona qarşı kobud hərəkət etmələri görünür. Sürücü isə onların bu hərəkətini telefon vasitəsilə qeydə alır.