Bakının Sabunçu rayonunda yanğın baş verib. Bu haqda bu gün, 22 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.

Ümumi sahəsi 25 kv.m olan natamam tikilinin yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb, ətraf ərazi yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.