Keçmiş zamanlardan indiki Yasamal rayonunun ərazisində yerləşən yerə ruslar tərəfindən Volçyi Vorota (Qurd qapısı) adı verilmişdi.

1850-ci illərdə Bakıya səyahət etmiş fransız yazıçısı Aleksandr Düma “Volçyi Vorota”da olmuş və bu yeri təsvir etmişdir: “Qurd qapısı Bakıdan beş verst aralıda, qayalıqda əmələ gələn və dərəyə baxan qəribə bir çuxurdur, vulkan Etnanın viran qoyduğu Sitsiliya guşələrindən birinə çox bənzəyir. Yalnız Etna bütün istiqamətlərə axan lavaları ilə bu kədərli mənzərə haqqında bir təsadüf verə bilər. Durğun su gölməçələri, heç bir bitki örtüyü olmayan iki yüksək dağ arasındakı uçurum”. [Александр Дюма. Кавказ. Тбилиси-1988]

Burada yerləşən çuxurun görünüşü canavar ağzına oxşayırdı. Bu dəlik dağın sinəsində küləklərin döyəcləməsi nəticəsində əmələ gəlmişdir. Aşağıdakı düzənlikdən külək əsərkən bu dəlikdən keçdikcə dəhşətli səs çıxarırmış. Yerli əhali bu səsi onlarca canavarın ulamasına oxşadırdı. Bu səbəbdən də bu dəlikli dağa rusca “Volçyi Vorota” adı verilmişdi. [Qılman İlkin. Köhnə Bakını tanıyırsanmı. Bakı-2004] [https://azerhistory.com/?p=4877

Sonralar bu dağ uçurulmuş və dərəyə yol açılmışdı. Burada 1940-cı ildə qəbiristanlıq salınmışdır. Qəbiristanlıqda Nigar Şıxlinskaya, Əliağa Şıxlinski, Məşədi Süleyman bəy Mansurov, Mir Cəfər Bağırov, Asəf Zeynallı, Vaqif Mustafazadə kimi Azərbaycanın tanınmış şəxsiyyətləri dəfn olunublar.