“Boomerang Book Club”da həftəsonu boyama master-klası keçiriləcək. Bu haqda 22 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Gips fiqurların boyanması master-klasında uşaqlar müxtəlif rəng çalarları əldə etməyi, gips heykəlcikləri rəngləməyi öyrənəcəklər. Tədbir zamanı dibçəklər, kəpənəklər, qələm qutuları, maşınlar boyanacaq.

Master-klasdan sonra uşaqlar maraqlı oyuncaqlarla dolu oyun otağında oynaya, zəngin kitabxanada vaxt keçirə bilərlər.

Master-klas həftəsonları saat 11:00-dan 13:00-a kimi keçiriləcək. Ödəniş haqqı 15 manatdır.