Bulvara yeni attraksionlar gətirilə bilər. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

Dənizkənarı Milli Park ərazisində yerləşən attraksionların istismar müddəti bitdiyindən onlar yenisi ilə əvəzlənə bilər.

“Hazırda yeni attraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır və layihə üzərində işlər gedir”, – deyə Bulvar İdarəsinin sədrinin müşaviri Könül İmamverdiyeva bildirib.