Dövlət Pantomima Teatrı 30-cu teatr mövsümünü “Pantomima buketi” tamaşası ilə açacaq. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 22 sentyabr tarixində xəbər verir.

Sentyabrın 24-də nümayiş olunacaq tamaşa teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadənin quruluşunda təqdim ediləcək.

Qarışıq nömrələr əsasında hazırlanan səhnə əsərinin musiqi tərtibatı Əməkdar artist Elman Rəfiyevə, rəsmlərin quruluşu isə Bəxtiyar Xanızadəyə məxsusdur.