Yunanıstanı 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsində təmsil edən Elefteria Elefteriu Bakıya gəlib. Bu haqda BakuPlus.az bu gün, 22 sentyabr tarixində xəbər verir.

Öz ölkəsini 2012-ci ildə Bakıda təmsil edən müğənni gəlməsi barədə şəxsi İnstagram səhifəsində bildirib.

Əvvəlcə paytaxt Bakını gəzən və mətbəxini dadan ifaçı daha sonra Şuşaya səfər edib.

“Salam, Bakı. Mən qayıtdım”, – yunan müğənni paylaşımlarının birini şərh edib.

Müğənni, həmçinin Cıdır düzündə çəkdirdiyi fotosunu da izləyiciləri ilə paylaşıb.