Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsinə həsr olunmuş tamaşa nümayiş olunacaq. Bu haqda 22 sentyabr tarixində Bakuplus.az məlumat verir.

23 sentyabr saat 14:00-da H.Abbasov adına Mədəniyyət Mərkəzində “Cənnət sakinləri” tamaşası göstəriləcək. Tamaşa Vətən müharibəsində canını fəda edən şəhidlərə ithaf olunur.

Tamaşanın baş qəhrəmanı olan Cavad könüllü olaraq Vətənin müdafiəsinə yollanır və ən ali məqama – şəhidlik zirvəsinə ucalır. Rolları mədəniyyət mərkəzinin xalq teatrının üzvləri ifa edirlər.

Giriş sərbəstdir.