“Shusha Chess 2022” turnirində Teymur Rəcəbov heç-heçə edib. Bu haqda 22 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq şahmat turnirində birinci tura yekun vurulub. İlk oyun günündə kişilərin mübarizəsində Teymur Rəcəbov Rauf Məmmədov ilə heç-heçə edib.

“Shusha Chess 2022” 24 sentyabra kimi davam edəcək.

Teymur Rəcəbov 2022-ci ilin iyul ayının reytinqinə görə Azərbaycan şahmatçıları arasında 2-ci, dünya şahmatçıları arasında isə 18-ci yerdə qərarlaşıb.