Sərnişinləri yarı yolda düşürən avtobus sürücüsü ilə bağlı qərar verilib. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Rövşən Gülhüseynov müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Hazırda insidentlə bağlı araşdırma aparılır.

Daha öncə sosial şəbəkələrdə Xırdalan şəhərindən Bakıya gələn 119 nömrəli avtobusun sürücüsünün nəqliyyat vasitəsini yarı yolda saxlayaraq sərnişinləri düşürməsini əks etdirən videogörüntülər yayılmışdır.

Sürücü bildirir ki, sərnişinlərdən biri ondan avtobusu dayanacaqdan kənar saxlamasını tələb edib. Bunun mümkün olmayacağını eşidən sərnişinlər sürücü ilə kobud rəftar etməyə başlayıblar. Psixoloji gərginlik keçirən sürücü avtobusu idarə etməyin təhlükəli olduğunu bildirərək nəqliyyat vasitəsini saxlayıb və ona tibbi yardım göstərilib. 10 dəqiqə sonra sürücü avtobusla sərnişinləri sonuncu dayanacaq məntəqəsinə qədər gətirib.