Bakının Sabunçu rayonunda maşın yanıb. Bu haqda bu gün, 22 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.

Verilən məlumata görə, “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.