Paytaxtın Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Ümumi sahəsi 70 kv.m olan birmərtəbəli ev tamamilə kül olub. Tikilinin ətrafındakı infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.