Bakının Binəqədi rayonunda, Xocəsən qəsəbəsində yerləşən 217 saylı məktəbin qarşısında yol nişanları quraşdırılmışdır. Bu haqda bu gün, 22 sentyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidməti məlumat verib.

Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin sakinlərlə keçirdiyi səyyar görüşləri zamanı vətəndaşlar tərəfindən Bələdiyyə küçəsində avtomobillərin sürətinin tənzimlənməsi məqsədilə müvafiq yol nişanlarının quraşdırılması xahiş olunub.

Vətəndaşlar tərəfindən qaldırılan məsələ öz həllini tapıb, hərəkətin sürətini tənzimləyən yol nişanları quraşdırılıb.

Xocəsəndə məktəbin qarşısında xüsusi yol nişanları quraşdırılıb
Foto Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytı