Yeni Günəşli sakinləri liftlərinin işləməmələrindən narahatdırlar. Bu haqda BakuPlus.az Real TV-yə istinadən bu gün, 22 sentyabr tarixində xəbər verir.

Yeni Günəşlinin AB yaşayış massivinin sakinləri liftlərinin işləməməsindən şikayətlənirlər. Binada yaşayanlar arasında əlil və xəstələrin olması vəziyyəti daha da gərginləşdirir. Onların həyətə sadəcə hava almaq üçün düşmələri əməlli-başlı problemə çevrilir.

1988-ci ildə istifadəyə verilmiş binanın liftləri artıq 34 ildir ki işləyir.

Məsələ ilə bağlı Bakı Lift-Təmir İstehsalat Birliyi bildirib ki, istismarı bitmiş liftlər planlı şəkildə növbə ilə dəyişdirilir. Yeni günəşli AB massivi də həmin siyahıya daxildir.