Yeni il bayramında mənzildən oğurluq edənlərə hökm oxunub. Bu haqda 22 sentyabr tarixində APA məlumat verib.

Bakıda Yeni il bayramında mənzildən 282 min manatlıq oğurluq etməkdə təqsirləndirilən Murad Allahverdiyev və Uveys Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, Murad Allahverdiyev 8 il, Uveys Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, 31 dekabr-2 yanvar tarixləri arasında Binəqədi rayonunda yerləşən evlərin birindən 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları və seyf oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.