Paytaxtın Nizami rayonu, Babək prospekti, 33 ünvanında sakinlər avtobus dayanacağından şikayət edirlər. Bu haqda bu gün, 24 sentyabr tarixində Bakuplus.az-a məlumat daxil olub.

Bir neçə gün öncə külək zamanı “Avtobus dayacanağı” yol nişanı qopub. Sakinlərin sözlərinə görə, ictimai nəqliyyatın sürücüləri dayanacaqda ancaq saxlamaqlarını istəyən zaman dayanırlar, digər vaxtı ötüb keçirlər.

Bundan əlavə, dayanacaqda pavilyonun olmaması da sərnişinlərə çətinlik yaradır.

“Yayda istidən, qışda isə küləkdən burada dura bilmirik”, – deyə onlar qeyd edirlər.

Avtobus dayanacağında problemlər var
Avtobus dayanacağında problemlər var
Avtobus dayanacağında problemlər var Avtobus dayanacağında problemlər var