Paytaxtın Binəqədi rayonunda icra başçısı və sakinlər arasında görüş keçirilib. Bu haqda bu gün, 24 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı, onun müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri və YAP-ın Binəqədi rayon təşkilatının sədri iştirak ediblər.
6-cı mikrorayon sakinləri ilə görüşdə binanın qarşısında söhbətgahın quraşdırılması, sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, vətəndaşın işlə təmin olunması və ağacların budanması ilə bağlı mövzular müzakirə olunub.
Sakinlərin şikayət və təklifləri dinlənildikdən sonra, onların həlli üçün yerində müvafiq tapşırıqlar verilib.



