Bakıda yeni, əyləncəli, fala baxan aparat gətirilib. Bu haqda 24 sentyabr tarixində Bakuplus.az məlumat verir.

“Gənclik” metro stansiyasının qarşısında Türkiyədən gətirilən fala baxan aparat quraşdırılıb. Bakuplus.az həmin yerə gedərək aparatı sınaqdan keçirib.

Belə ki, aparata 50 qəpik daxil etməklə “Falçı xanım”ın xidmətindən istifadə etmək mümkündür. Pulu verəndən sonra sağ əl aparatın üstünə qoyulur, 10 saniyədən sonra isə əliniz skan olunur və sonda sizə çek təqdim olunur. Çekin üzərində isə gələcək haqqında məlumat verilir.

Fala inanma, falsız qalma – düzdür, fala inanmaq doğru deyil, amma insan özü haqqında gözəl sözlər eşitmək fürsətini qaçırmaz.

Metronun "Gənclik" stansiyasında falçı
Foto Bakuplus.az