Paytaxtın Xətai rayonu, Sabit Orucov küçəsində məktəb avtobusu düz piyada zolağının üzərində park edilib. Bu haqda bu gün, 24 sentyabr tarixində Bakuplus.az-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, “Sabis Sun” məktəbinin avtobusu ərazidə yerləşən 56 nömrəli təhsil müəssisəsinin qarşısında bu cür park edərək şagirdləri yığır. Bu da həm piyadalara maneə yaradır, həm də yol hərəkəti qaydalarına ziddir.

Məsələ ilə bağlı redaksiyamıza şikayət göndərilib.