Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə görüş keçirib. Bu haqda 24 sentyabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 53 saylı tam orta məktəbin akt zalında rayon sakinləri ilə görüşüb. Burada vətəndaşlar, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı ev damlarının təmiri, yaşayış evinin konstruksiyalarının qanunazid dəyişikliyi, həyətlərin asfaltlanması, küçələrin işıqlandırılması, qanunsuz ət kəsimi və qanunsuz küçə ticarəti ilə mübarizə, evlərdə istilik sistemlərinin bərpası, qəzalı evlərin təmiri və bir sıra sosial məsələlər qaldırılıb.
Başçı sakinlərin problemlərini həll etmək üçün xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verib.
