Bakı İdman Sarayında 27 sentyabr tarixində başlayacaq Milli Kitab Sərgisinin ilk gününün proqramı məlum olub. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Tədbirin təşkilatçısı olan “Qanun” nəşriyyatının verdiyi məlumata görə, sərgi saat 13:00-da başlayır.
Açılışdan sonra qazi şair, yazıçı və jurnalistlərlə görüş olacaq. Bundan əlavə, bu gün yazıçı Varis və şair Rüstəm Behrudi ilə görüş nəzərdə tutulub. Axşam gənc şairlər Elşən Mehdi, Rəşad Nağı Mustafa, Elvin Paşa və Pərviz Arifin iştirakı ilə şeir gecəsi təşkil olunacaq.
Növbəti günlərdə tanınmış ədəbiyyat və incəsənət xadimləri Əkrəm Əylisli, Cavanşir Quliyev, Çingiz Abdullayev, Niyazi Mehdi, Aydın Talıbzadə, Rəhman Bədəlov, Cavanşir Yusifli, Aqşin Yenisey, Səlim Babullaoğlu və başqaları ilə görüşlər, imza günləri, müxtəlif mövzularda panellər, müzakirələr, poeziya axşamı keçiriləcək. Sərginin proqramı haqqında mütəmadi olaraq məlumat veriləcək.
Müstəqil nəşriyyatların birgə keçirdiyi sərgi-yarmarkada bütün növ kitabları 30 faizədək endirimlə əldə etmək mümkün olacaq.
