Tolqa Çevikin Bakıya gələcəyi tarix açıqlanıb. Bu haqda 26 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Bakı Konqres Mərkəzində planlaşdırılan “Tolgshow” adlı şou proqram noyabrın 24-də keçiriləcək. Bir nəfər üçün biletin qiyməti 35 manatdan başlayır. Biletləri şəhərin kassalarından və ya onlayn əldə edə bilərsiniz.
Bundan əvvəl tədbir sentyabrın 17-nə planlaşdırılmışdır. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olması ilə bağlı, proqram təxirə salınmışdır.