Xəzər TV-yə Bakıda hazırladığı süjetə görə xəbərdarlıq edilib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Redaksiya ekstrasens və ya parapsixologiyanın təbliğinə şərait yaratmaqlarına görə Azərbaycan Respublikasının “Media haqqında” qanununun tələblərindən birini pozmuş sayılır. Bir daha bu hal təkrarlanarsa, inzibati sanksiya tətbiq ediləcək.

Bir neçə gün öncə Xəzər TV Bakıdakı evlərin birində paranormal hadisələrin baş verdiyi və özünü ekstrasens kimi təqdim edən Zirəddin Rzayevin fikirlərini yayımlamışdır.