Bakının Xətai rayonu, NSZ qəsəbəsində qəza baş verib. Bu haqda bu gün, 27 sentyabr tarixində Avtosfer məlumat verib.

Belə ki, 90-NY-262 dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobili idarə edən şəxs nəqliyyat vasitəsini su borusuna çarpıb. Nəticədə həmin ərazidə yaşayan sakinlərin su təhcizatında problemlər yaranıb.

Verilən məlumata görə, qəzaya səbəb sürücünün başının mobil telefona qarışması olub. Avtomobilin “Bolt” taksi şirkətinə məxsus olduğu bildirilir.