Bəstəkar-müğənni Rəhimli Rəhimlinin hansı səbəbdən ölməsi ilə bağlı TƏBİB açıqlama verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 30 sentyabr tarixində xəbər verir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, R. Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən sentyabrın 30-da saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub.
Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.
Z.Ədilova qeyd edib ki, ifaçının yanaşı ağır xəstəlikləri – qaraciyər sirrozu və kardiomiopatiyası da olub.