Səbail rayonunda ahıllarla görüş keçirilib. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 1 oktyabr tarixində xəbər verir.
Tədbir Səbail rayon İcra Hakimiyyətinin dəstəyi və Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində baş tutub.
1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində keçirilən görüşdə Səbail Rayon İcra Hakimiyyətinin və Səbail Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər.
Tədbir zamanı ahıl şəxslərin asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsi üçün stolüstü oyunlar yarışı təşkil edilmiş, yarış iştirakçılarına sertifikatlar təqdim olunub.
