Türkiyənin uşaq yazıçısı Fatih Ərdoğan Bakıda 5 və 6 oktyabr tarixlərində imza günü keçirəcək. Bu haqda bu gün, 1 oktyabr tarixində Bakuplus.az məlumat verir.
İlk görüş 5 sentyabr saat 16:00-dan 16:45-ə kimi Bakı Ekspo Mərkəzinin Üzeyir Hacıbəyli filialında baş tutacaq. İmza günü 8-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində ˝TEAS Press˝ təşkilatçılığı ilə keçiriləcək. Sərgidə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.
Daha sonra, 6 oktyabr saat 15:00-da “Libraff” mağazasının “Park Akademiya” filialında ikinci görüş nəzərdə tutulub.
Yazıçının 8 kitabı Azərbaycan dilinə tərcümə olunub. Valideynlər övladlarını görüşə gətirərək həmin kitabları imzalatmaq fürsətindən yararlana bilərlər.
Tədbirlərdə iştirak pulsuzdur.