Zivərbəy Əhmədbəyovun heykəli üzərində məlumat lövhəsi yerləşdirilib. Bu haqda 1 oktyabr tarixində Bakuplus.az Bakı Gündəliyi-nə istinadən xəbər verir.

Lövhədə görkəmli şəxsin kimliyi barədə məlumat verilib, heykəlin müəllifinin də adı qeyd edilib.

Zivərbəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1910-cu ildən Bakı şəhərində yaşayıb. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub və1922-ci ilə kimi bu vəzifədə çalışıb. Bakıda Təzə Pir məscidi, Səadət məktəbi (1912-1913), Muxtarov məscidi (1901-1908), Əjdərbəy məscidi (1912-1913), Əmircanda Murtuza Muxtarov məscidi (1908) onun layihəsi ilə tikilmişdir. Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib.

Zivərbəy Əhmədbəyovun heykəli üzərində məlumat lövhəsi yerləşdirilib
Foto Bakı Gündəliyi Facebook səhifəsi