Paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yanğın başlayıb. Bu haqda bu gün, 1 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri aparılır.