Paytaxtın Xəzər rayonu, Albalılıq yaşayış massivində məktəbin çıxışı birbaşa avtomobil yolunadır. Bu haqda bu gün, 1 oktyabr tarixində Bakuplus.az xəbər verir.

322 saylı tam orta məktəbin qarşısında nə piyada səkisi var, nə məktəbin olduğunu bildirən nişanlanmalar, təhsil müəssisəinin darvazası da birbaşa avtomobil yoluna açılır. Bundan əlavə, avtomobillər də düz girişin qarşısında park olunurlar.

Şagirdlər isə hər gün bu yolla gedib-gələrək həyatlarını təhlükəyə atırlar.

Albalılıq
Foto BakuPlus.az