Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 6 oktyabr tarixində “Yay günü” tamaşasının premyerası keçiriləcək. Bu haqda bu gün, 4 oktyabr tarixində Report məlumat verib.

Səhnə əsəri Abbas Mirzə Şərifzadə adına səhnədə təqdim olunacaq. Tamaşa Slavomir Mrojekin eyniadlı pyesi əsasında hazırlanıb.

Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Amal Ramazanov, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşanın obrazlarını Ramin Şıxəliyev, Elsevər Rəhimov və Lalə Süleymanova canlandıracaqlar.

“Yay günü” tamaşası
Foto Report.az