Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Avropa “Gənclər İli” ilə bağlı kampaniyaya başlayır. Bu haqda bu gün, 5 oktyabr tarixində Report Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkoya istinadən məlumat verib.
Onun sözlərinə görə, Avropa İttifaqı bu ili gənclərin koronavirus pandemiyası zamanı üzləşdiyi maneələrə görə “Gənclər İli” elan edib.
Mixalko qeyd edib ki, Avropa “Gənclər ili” ilə əlaqədar yaxın həftələrdə Bakıda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Kampaniya oktyabrın 28-də başa çatacaq.