Binəqədi rayonunda Bakının kənd və qəsəbələrinin komandaları arasında uşaq futbol turniri keçiriləcək. Bu haqda 5 oktyabr tarixində Bakuplus.az məlumat verir.

Turnir oktyabrın 8-də saat 09:00-da Bakı Tennis Akademiyasında baş tutacaq. Yarışlarda 32 kənd və qəsəbənin uşaq futbol komandası mübarizə aparacaq. 8 qrupda start götürəcək turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.

Yarışlara ümumilikdə 11-12 yaşlı 350-dən çox uşaq cəlb olunub.