Paytaxtın Xəzər rayonu, Mərdəkan və Binə qəsəbələrində narkotik alverçilərinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Daxili işlər Nazirliyinə istinadən xəbər verir.

Keçirilən əməliyyatlar zamanı Sahib Əliyev və Vüqar Bayramov tutulublar. Onlarda 2 kiloqrama yaxın heroin aşkar edilib. Narkotacirlər narkotikləri onlayn yolla əldə edərək qəsəbə ərazisində satırdılar.

Faktla bağlı araşdırmalar davam edir.

Narkotik Xəzərdə
Foto DİN-in rəsmi Youtube kanalı