TƏBİB “Respublikanski”də ana və yeni doğulmuş körpəsinin ölümü ilə bağlı açıqlama verib. Bu haqda 5 oktyabr tarixində APA məlumat verib.

Oktyabrın 2-də Yasamal rayonunda yerləşən xəstəxanaya gətirilmiş 37 yaşlı Gülnar Abdullayeva təbii yolla qız uşağı dünyaya gətirib. Lakin bir neçə saatdan sonra ana və uşaq xəstəxanada qəfil dünyasını dəyişiblər.

“02.10.2022-ci il tarixdə cinsi qız, çəkisi 2900 qram, boyu 49 santimetr bir diri döl dünyaya gətirib. Ananın “kəskin ağciyər, ürək-damar çatışmazlığı” diaqnozu ilə, yenidoğulmuşun isə “ağır asfiksiya, mekonial aspirasiya” diaqnozu ilə bioloji ölümü baş verib”, – TƏBİB Respublika Klinik Xəstəxanasından bildirilib.