Bakıda yol üstündə qan düşüb. Bu haqda 6 oktyabr tarixində Lent.az məlumat verib.

Vaxtilə daxili işlər orqanlarında serjant işləmiş 27 yaşlı Asim Abdullazadə 22 yaşlı Ələddin Əhmədli tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Əhmədli saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin ”Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisə tərəflərin avtomobillə bir-birinə yol vermədiyi üçün şəxsi münasibətlər zəminində baş verib.