“Elmlər Akademiyası” metro stansiyasının qarşısında daha bir yeni, müasir dayanacaq quraşdırılır. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Həmin pavilyon “Elmlər Akademiyası” stansiyasının qarşısında, köhnə dayanacağın əvəzinə yerləşdirilib. Verilən məlumata görə, dayanacaq kondisioner və köşklə təmin olunacaq.

Bundan əvvəl Səbail rayonunda, Kukla Teatrının qarşısında smart tipli avtobus dayanacaq pavilyonu quraşdırılıb.

Bakıda ilk belə dayanacaq pavilyonu Heydər Əliyev Mərkəzinin, ikincisi isə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında quraşdırılıb.