Xətai rayonunda naməlum şəxs tərəfindən zorlanan pişik himayəyə götürülüb. Bu haqda 6 oktyabr tarixində Bakuplus.az-a məlumat daxil olub.

Belə ki, ötən gün zoofil tərəfindən zorlanan, daha sonra Həzi Aslanov metro stansiyasının yaxınlığına atılan dişi pişik bir bəy tərəfindən evə götürülüb. Hal-hazırda pişik bir heyvansevər xanımın himayəsindədir. İzləyicimizin sözlərinə görə, bu gün pişik həkimin yanına aparılacaq.

Daxili İşlər Nazirliyindən bildirilib ki, zorlanan pişiklə bağlı fakt araşdırılır və  hadisəyə hüquqi qiymət veriləcək.

Bundan əvvəl Həzi Aslanov metro stansiyasının yaxınlığında sakinlərdən biri can verən pişiyi görüb və onu baytar həkiminə aparıb. Ekspertizadan sonra onun insan tərəfindən zorlandığı məlum olub. Həkimin müdaxiləsindən sonra pişiyin həyatını xilas etmək mümkün olub.