Daxili İşlər Nazirliyi zorlanan pişiklə bağlı açıqlama verib. Bu haqda 6 oktyabr tarixində Bakuplus.az məlumat verir.

Daxili İşlər Nazirliyi ötən gün Həzi Aslanov metrosunun yanında naməlum şəxs tərəfindən zorlanmış pişiklə bağlı açıqlama verib:

“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatımız var, araşdırma aparılır. Araşdırmadan sonra hadisəyə hüquqi qiymət veriləcək”, – DİN-in şöbə rəisi Elşad Hacıyev bildirib.

Bundan əvvəl Bakuplus.az Xətai rayonunda naməlum şəxs tərəfindən pişiyin zorlanma faktını işıqlandırmışdı.