Səbail rayonunda “İdman hamı üçün” aksiyası çərçivəsində 8 oktyabr tarixində Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında idman növləri üzrə master-klaslar təşkil olunacaq. Bu haqda 7 oktyabr tarixində Bakuplus.az xəbər verir.

Saat 10:00-da başlayacaq ustad dərsləri Səbail rayon İcra Hakimiyyətinin dəstəyi və Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilir.

Bütün yaş qruplarından olan sakinlər sözügedən aksiyaya qoşula bilərlər.